Ötən gün Azərbaycanda 11 kiloqram narkotik aşkar edilib

Ötən gün Azərbaycanda 11 kiloqram narkotik aşkar edilib Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 30-da ümumi çəkisi 11 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Hadisə
1 May , 2024 10:08
Ötən gün  Azərbaycanda 11 kiloqram narkotik aşkar edilib

Polis əməkdaşları ötən gün ölkə ərazisində 11 kiloqram narkotik aşkar ediblər.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitənin 2,6 kiloqramdan artıq heroin, 5,8 kiloqramdan çox marixuana, 2,5 kiloqrama yaxın tiryək, həmçinin 86 ədəd metadon və ekstazi həbləri olub.

Son xəbərlər

Orphus sistemi