Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb

Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Hadisə
27 Aprel , 2024 10:24
 Bakıda ötən gün  296 kəsici-deşici alət aşkar olunaraq götürülüb

Aprelin 26-da paytaxtın Sabunçu, Qaradağ və Nizami rayonları ərazisində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 4 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcəkdir.

"Daxili İşlər Nazirliyi məişət təyinatı olmayan soyuq silahların satışının məsuliyyət yaratdığını diqqətə çatdıraraq bunu təşkil edən şəxsləri əməllərindən çəkinməyə çağırır", - deyə məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi