Ötən ay 1000-dən çox əcnəbi Azərbaycandan çıxarılıb

Ötən ay 1000-dən çox əcnəbi Azərbaycandan çıxarılıb Dövlət Miqrasiya Xidmətinə şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün 2 458 müraciət daxil olub
Hadisə
12 Fevral , 2016 10:03
Ötən ay 1000-dən çox əcnəbi Azərbaycandan çıxarılıb

Bakı. 12 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində 1 145 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin Azərbaycan ərazisini 48 saat ərzində tərk etmələri barədə qərar qəbul edilib.

Bu barədə "Report"a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Məlumata əsasən, Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması hallarının sayı 1 569, ölkə ərazisində yaşamanın leqallaşdırılması halları 101, respublikanın hüdudlarından kənara inzibati qaydada çıxarılma halları isə 319 olub.

Bundan başqa, quruma əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması üçün 41 576 müraciət daxil olub.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) üçün 3 767 müraciətə baxılıb. Şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün isə quruma 2 458 müraciət edilib. 

Son xəbərlər

Orphus sistemi