Ötən ay evinin damından yıxılan Gəncə sakini xəstəxanada ölüb

Ötən ay evinin damından yıxılan Gəncə sakini xəstəxanada ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
13 İyun , 2016 12:24
Ötən ay evinin damından yıxılan Gəncə sakini xəstəxanada ölüb

Bakı. 13 iyun. REPORT.AZ/ Gəncədə evinin damından yıxılan şəxs ölüb.

“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə mayın 27-də Nizami (Gəncə) rayonunun Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədə yaşayan Musa Abbasov evinin damında iş görərkən yıxılıb. Xəstəxanaya yerləşdirilən M.Abbasov iyunun 11-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi