​Ombudsman Aparatının nümayəndələri bir neçə polis bölməsinə baxış keçirib

​Ombudsman Aparatının nümayəndələri bir neçə polis bölməsinə baxış keçirib Polis bölmələrinə başçəkmələr zamanı isə orada saxlanılan şəxs olmayıb
Hadisə
13 Noyabr , 2014 15:10
​Ombudsman Aparatının nümayəndələri bir neçə polis bölməsinə baxış keçirib
Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Ombudsmanının Milli Preventiv Qrupunun (MPQ) üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) müvəqqəti saxlama yerinə (MSY), həmin idarənin 1, 3 və 4-cü polis bölmələrinə, habelə Abşeron Rayon Polis Şöbəsinin MSY-nə qısamüddətli başçəkmələr həyata keçiriblər. Ombudsman Aparatından “Report”a verilən məlumata görə, başçəkmələrdə MPQ-nin həkim üzvü də iştirak edib.

Başçəkmələrdə məqsəd həmin müəssisələrdə saxlanılma şəraiti, saxlanılan şəxslərlə rəftar, əvvəlki başçəkmlər zamanı verilmiş tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi olub.

Standartlara cavab verən MSY-lərdə saxlanılan şəxslərlə söhbət zamanı onlar saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı şikayət etməyiblər. Onların şəxsi işlərinə və qeydiyyat kitablarına baxış keçirilib.

Polis bölmələrinə başçəkmələr zamanı isə orada saxlanılan şəxs olmayıb.

Son xəbərlər

Orphus sistemi