Ölkədə baş verən 8 yol qəzası nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb

Ölkədə baş verən 8 yol qəzası nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 50 cinayət faktı qeydə alınıb
Hadisə
7 Noyabr , 2014 02:10

Bakı. 7 noyabr. REPORT.AZ/ 5 Noyabr tarixində respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 50 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Məlumata görə, respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

Bundan əlavə, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 30 nəfər tutulub.

Son xəbərlər

Orphus sistemi