Oktyabrın 25-də Azərbaycanda yay vaxtı ləğv ediləcək

Oktyabrın 25-də Azərbaycanda yay vaxtı ləğv ediləcək Hər il oktyabr ayının son bazar günü əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv olunur.
Hadisə
18 Oktyabr , 2015 12:14
Oktyabrın 25-də Azərbaycanda yay vaxtı ləğv ediləcək

Bakı. 18 oktyabr. REPORT.AZ/ 2015-ci il oktyabrın 25-da saat 5:00-da respublika ərazisində saatlar bir saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv olunur.

Qərarın həyata keçirilməsinə nəzarət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə olunub.

Son xəbərlər

Orphus sistemi