Oğuzda gənc oğlan qayalıqdan yıxılıb, onun axtarışları davam etdirilir

Oğuzda gənc oğlan qayalıqdan yıxılıb, onun axtarışları davam etdirilir Hadisə bu gün günorta saatlarında rayonunun Filfilli kəndi ərazisində baş verib
Hadisə
13 Avqust , 2016 16:47
Oğuzda gənc oğlan qayalıqdan yıxılıb, onun axtarışları davam etdirilir

Oğuz. 13 avqust. REPORT.AZ/ Oğuzda gənc oğlan qayalıqdan yıxılıb.

”Report”un Şimal-Qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonunun Filfilli kəndi ərazisində baş verib.

Kəndin yaxınlğındakı Böyük Qafqaz sıra dağlarının qayalıq ərazisində hələlik bilinməyən səbəblərdən Filfilli kənd sakini, 1988-ci il təvəllüdlü Sərxan Sərdar oğlu Seyidəliyev yıxılıb.

Hadisə yerinə Oğuz rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Hazırda dağlıq ərazilərdə 28 yaşlı gəncin axtarışları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi