​Oğuzda ağır yol qəzası nəticəsində bir nəfər ölüb

​Oğuzda ağır yol qəzası nəticəsində bir nəfər ölüb "ZİL" markalı yük maşını ilə "Volkswagen" markalı minik avtomobili toqquşub
Hadisə
7 Noyabr , 2014 05:55

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün gecə saatlarında Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Bucaq kəndində "ZİL" markalı yük avtomobili ilə "Volkswagen" markalı minik avtomobilinin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib.

Nazirliyin məlumatına görə, minik avtomobilinin sürücüsünün sıxılmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi