Oğuz rayonu ərazisindəki meşələrdə yanğın baş verib

Oğuz rayonu ərazisindəki meşələrdə yanğın baş verib Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür
Hadisə
24 Avqust , 2016 20:21
Oğuz rayonu ərazisindəki meşələrdə yanğın baş verib

Oğuz. 24 avqust. REPORT.AZ / Böyük Qafqaz sıra dağlarının Oğuz rayonu ərazisindəki meşələrdə yanğın hadisəsi baş verib.

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, rayonun Xaçmaz kəndinin Türgan adlanan ərazisində və Xalxal-Qışlaq kəndinin Çülçup ərazisində meşə zolaqlarında yanğınlar qeydə alınır.

Rayon sakinlərinin verdiyi məlumata görə, hazırda yaxınlıqda yerləşən bir-neçə kəndə kül tökülür.

Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, indi yanğın olan ərazilərə yanğınsöndürən maşınlar və şəxsi heyət cəlb olunub, yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi