​Oğurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

​Oğurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub O, 7 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
4 May , 2016 14:28
​Oğurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 4 may. REPORT. AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Əlif Ramazanovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Ramazanov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.Ramazanov ötən il oğurluq etməkdə təqsirli bilinərək saxlanıb. O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. 

Son xəbərlər

Orphus sistemi