Odlu silah gəzdirməkdə təqsirləndirilən hüquqşünasın məhkəməsi başlayıb

Odlu silah gəzdirməkdə təqsirləndirilən hüquqşünasın məhkəməsi başlayıb Məhkəmənin baxış iclası iyunun 2-nə təyin edilib
Hadisə
24 May , 2016 11:14
Odlu silah gəzdirməkdə təqsirləndirilən hüquqşünasın məhkəməsi başlayıb

Bakı. 24 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq odlu silah gəzdirməkdə təqsirləndirilən Vüqar Abuşovun cinayət işi üzrə məhkəməsinin ilkin hazırlıq iclası başlayıb. 

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyunun 2-nə təyin edilib.

Qeyd edək ki, V.Abuşov Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah) maddəsi ilə ittiham olunub. O, əvvəllər hüquqşünas kimi çalışıb.

Son xəbərlər

Orphus sistemi