​Odessada güllələnən azərbaycanlı tələbələrdən biri dünyasını dəyişib

​Odessada güllələnən azərbaycanlı tələbələrdən biri dünyasını dəyişib Atəş açan şəxs barəsində cinayət işi açılıb
Hadisə
6 May , 2015 23:55
​Odessada güllələnən azərbaycanlı tələbələrdən biri dünyasını dəyişib

Bakı. 6 may. REPORT.AZ/ Odessanın mərkəzində 21 yaşlı bolqar tələbə tərəfindən güllələnən üç azərbaycanlıdan biri bu gün şəhər xəstəxanasında dünyasını dəyişib.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə mayın 6-da Odessanın Böhran Mərkəzində keçirilən brifinq zamanı Ukrayna Daxili İşlər Nazirliyinin Odessa vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Alla Marçenko məlumat verib.

O bildirib ki, insident baş verdikdən sonra bolqar tələbə hadisə yerindən qaçmağa cəhd göstərib.

Mətbuat katibinin sözlərinə görə, hazırda cinayətkar saxlanılıb və istintaq təcridxanasındadır. Ona qarşı Ukrayna Cinayət Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndi üzrə cinayət işi qaldırılıb.

Xatırladaq ki, hadisə 1 may tarixində Odessanın Lvovski küçəsində - Odessa Ekologiya Universitetinin yataqxanası yaxınlığında baş verib. Həmin gün "1 May bayramı" qeyd edilən zaman bolqar və azərbaycanlı tələbələr arasında insident baş verib. Onlar məsələyə sonra aydınlıq gətirmək barədə razılaşıblar və axşam saat 23:00-a görüş təyin ediblər.

Bolqarıstan vətəndaşı görüşə silah ilə gəlib və dərhal rəqiblərinə atəş açmağa başlayıb. Nəticədə üç Azərbaycan vətəndaşı odlu silah yarası ilə xəstəxanaya yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi