Ödəmə terminalından oğurluq edən şəxslər tutulub

Ödəmə terminalından oğurluq edən şəxslər tutulub Araşdırmalar davam etdirilir
Hadisə
26 May , 2016 11:47
Ödəmə terminalından oğurluq edən şəxslər tutulub

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycanda ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

“Report”un xəbərinə görə, bu barədə DİN-in rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 17-də rayon ərazisindəki mağazalardan birindən 2100 manat və orada quraşdırılmış “E-manat” ödəmə terminalından 674 manat pul oğurlamış rayon sakinləri Elçibəy Göygözlü və Əli Quluzadə tutulublar.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi