FHN Novruz bayramı ilə əlaqədar əhaliyə xəbərdarlıq edib - VİDEO

FHN Novruz bayramı ilə əlaqədar əhaliyə xəbərdarlıq edib - VİDEO Tonqalın üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər
Hadisə
10 Mart , 2015 15:42
FHN Novruz bayramı ilə əlaqədar əhaliyə xəbərdarlıq edib - VİDEO

Bakı. 10 mart. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. 

"Report" FHN-in saytına istinadən xəbər verir ki, nazirlik əhalini Novruz bayramında yarana biləcək yanğın təhlükəsi ilə bağlı bir sıra qaydalara əməl etməyə çağırıb.

Əhalidən bayram tonqalının ətrafına yığışan azyaşlıları böyüklərin nəzarətində saxlamaları, tonqalı elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırmaları və ocaq tam sönənədək alova nəzarət etmələri xahiş olunur.

Tonqalın üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər. Bundan başqa, yandırılan şamlar nəzarətsiz qalmamalı, pirotexniki vasitələrdən istifadə edilərsə, təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır: “Yadda saxlayın: qapalı məkanda atəşfəşanlıq etmək olmaz! Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!”

FHN əhaliyə müraciət edərək, hər hansı bir təhlükə zamanı “112” xidmətinə dərhal məlumat vermələrini xahiş edib.

Son xəbərlər

Orphus sistemi