Norilskdə saxta sənədləri olan 5 azərbaycanlı saxlanılıb

Norilskdə saxta sənədləri olan 5 azərbaycanlı saxlanılıb Azərbaycan vətəndaşları barəsində cinayət işi açılıb
Hadisə
25 Avqust , 2015 09:43
Norilskdə saxta sənədləri olan 5 azərbaycanlı saxlanılıb

Bakı. 25 avqust. REPORT.AZ/ Avqust ayında Norilsk şəhərində saxta sənədləri olan 5 azərbaycanlı saxlanılıb. Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir. 

Qeyd olunur ki, azərbaycanlılar Norilskə Moskvadan gəlib. Aviasərnişinlər yoxlama zamanı sənədlərini təqdim edib, həmin sənədlər polislərin şübhəsinə səbəb olub. Ekspertiza müəyyən edib ki, sənədlər saxtadır. 

Qəsdən saxta sənədlərin istifadəsinə görə Azərbaycan vətəndaşları barəsində cinayət işləri açılıb.

Sibir federal dairəsi üzrə nəqliyyat polis idarəsinin mətbuat xidmətindən bildiriblər ki, buna görə 80 min rubl (1 184 manat) məbləğində cərimə, yaxud 2 ilə qədər islahedici tədbirlər və ya 3 aydan 6 aya qədər həbs cəzası nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi