Nizamidə qonşunu, Yasamalda isə iş yoldaşını bıçaqlayan şəxslər saxlanılıb

Nizamidə qonşunu, Yasamalda isə iş yoldaşını bıçaqlayan şəxslər saxlanılıb Hər iki faktla bağlı istintaq tədbirləri davam edir
Hadisə
24 Sentyabr , 2014 13:23
Nizamidə qonşunu, Yasamalda isə iş yoldaşını bıçaqlayan şəxslər saxlanılıb
Bakı. 24 sentyabr. REPORT.AZ/ Bakıda qonşular arasında dava bıçaqlanma ilə nəticələnib. "Report"a Daxili İşlər Nazirliyindən (DİN) daxil olan məlumata görə, sentyabrın 23-də paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Mehdi Qasımov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən qonşusu Etibar Mehdiyev tutulub.

Yasamal rayonunda isə iş yoldaşını bıçaqlayan şəxs saxlanılıb. Hadisə Yeni Yasamal yaşayış sahəsində yerləşən mağazada baş verib. Orada satıcı işləyən Göyçay rayon sakini Elçin Behbudov münaqişə zəminində iş yoldaşı Rəşad Behbudova bıçaqla xəsarət yetirib.

Yasamal Rayoin Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Behbudov tutularaq istintaqa təhvil verilib.

Son xəbərlər

Orphus sistemi