Bakı. 9 mart. REPORT.AZ/ Bakının Nizami rayonunda yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər liftin qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.