Nizami rayonunda cinayətkar dəstə zərərsizləşdirilib

Nizami rayonunda cinayətkar dəstə zərərsizləşdirilib Saxlanılanların başqa qanunsuz əməllərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir
Hadisə
11 Sentyabr , 2014 14:25
Nizami rayonunda cinayətkar dəstə zərərsizləşdirilib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda cinayətkar dəstə zərərsizləşdirilib. Bu barədə Report-a Nizami rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. Nizami RPİ 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq edən Cəlilabad rayon sakini Orxan Məmmədov, Ucar rayon sakini İsmayıl Hüseynov və Astara rayon sakini Şamxal Şahverdiyev tutulub.

İstintaq zamanı bu şəxslərin  sentyabrın 7-də vətəndaş Əlisahib Dünyamalıyev və Şamil Quliyevin 64 manatını, həmçinin mobil telefonunu quldurluq yolu ilə ələ keçirdikləri sübuta yetirilib. Cinayətkar dəstənin başqa qanunsuz əməllərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi