Nizami rayonu ərazisindəki bazardan oğurluq olub

Nizami rayonu ərazisindəki bazardan oğurluq olub Şəki rayon sakininə məxsus 14 kiloqram qoz ləpəsi oğurlanıb
Hadisə
14 Mart , 2015 14:07
Nizami rayonu ərazisindəki bazardan oğurluq olub

Bakı. 14 mart. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisindəki bazardan oğurluq olub. Nizami Rayon Polis İdarəsindən “Report”a verilən məlumata görə, Şəki rayon sakini İlknur Sədirova məxsus 14 kiloqram qoz ləpəsi oğurlanıb.

Məlumat daxil olan kimi Nizami RPİ əməkdaşları tərəfindən əməliyyat keçirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunan Raci Ağayev tutulub. Axtarış zamanı onun üzərindən narkotik vasitə olan tiryək də aşkar edilib. Faktla bağli cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi