NİDA üzvünün həbs müddəti artırılıb

NİDA üzvünün həbs müddəti artırılıb Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
6 Sentyabr , 2016 12:51
NİDA üzvünün həbs müddəti artırılıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bu gün Xətai Rayon Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı müstəntiqin verdiyi vəsatətə və prokurorun təqdimatına baxılıb.

"Report"un məlumatına görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, B.Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay artırılıb.

Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb.

Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi