“Nestle Azərbaycan” Ali Məhkəməyə müraciət edib

“Nestle Azərbaycan” Ali Məhkəməyə müraciət edib İşə hakim İlqar Dadaşovun sədrliyi ilə baxılacaq
Hadisə
18 Oktyabr , 2016 09:30
“Nestle Azərbaycan” Ali Məhkəməyə müraciət edib

Bakı. 18 oktyabr. REPORT.AZ/ “Atropatena” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə “Nestle Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) məhkəmə çəkişməsi davam edir.

“Report”un məlumatına görə, “Nestle Azərbaycan” MMC məhkəmə qərarından kassasiya şikayəti verib.

Ali Məhkəmədə keçiriləcək məhkəmə iclası oktaybrın 20-nə təyin edilib. İşə hakim İlqar Dadaşovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Atropatena” QSC “Nestle Azərbaycan” MMC-ni məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən QSC müqavilə üzrə öhdəliklərin icrası barədə tələb irəli sürüb. Məhkəmə iddianı rədd edib. Qərardan narazı qalan “Atropatena” QSC apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qətnaməni ləğv edib, “Atropatena” QSC-nin iddiası təmin olunub.

Son xəbərlər

Orphus sistemi