Nəsimi rayonunda çoxmərtəbəli binada yanğın olub

Nəsimi rayonunda çoxmərtəbəli binada yanğın olub Yanğın saat 20:05-də söndürülüb
Hadisə
1 Fevral , 2015 22:31
Nəsimi rayonunda çoxmərtəbəli binada yanğın olub

Bakı. 1 fevral. REPORT.AZ/ Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli binanın 13-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 133 kv.m olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd soyuducu, 2 kv.m sahədə rəf yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın zamanı yüksək temperaturdan plastik pəncərə və lambirdən ibarət tavanı 6 kv.m sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi