Nərimanovda qətl törədən 3 nəfər həbs olunub

Nərimanovda qətl törədən 3 nəfər həbs olunub Hadisəni Bakı şəhər sakinləri Elgiz Cəfərli və Elfan Əliyev, Tərtər rayon sakini İsmayıl İmanverdiyev törədib
Hadisə
17 İyul , 2015 15:38
Nərimanovda qətl törədən 3 nəfər həbs olunub

Bakı. 17 iyul. REPORT.AZ/ İyulun 15-də Nərimanov rayonu ərazisindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilən və iyulun 16-da orada ölən şəxsin Şabran rayon sakini Rövşən Əyyubov olması müəyyən edilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakinləri Elgiz Cəfərli və Elfan Əliyev, Tərtər rayon sakini İsmayıl İmanverdiyev tutulub.

Son xəbərlər

Orphus sistemi