Nərimanov rayonunda 28 yaşlı gənci avtomobil vurub

Nərimanov rayonunda 28 yaşlı gənci avtomobil vurub Bakının Nərimanov rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
1 May , 2024 06:25
Nərimanov rayonunda 28 yaşlı gənci avtomobil vurub

Bakının Nərimanov rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Keşlə qəsəbəsində avtomobil yolu keçən 1996-cı il təvəllüdlü Həsənov Tahir Rövşən oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin sınığı və bədənin çoxsaylı siyrilmiş əzikləri diaqnozları qoyulub.

Fakt rayon polisi tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi