​Nemət Pənahlı və bacısı oğlu sərbəst buraxılıb - YENİLƏNİB

​Nemət Pənahlı və bacısı oğlu sərbəst buraxılıb - YENİLƏNİB Onlara şifahi xəbərdarlıq edilib
Hadisə
11 Aprel , 2016 14:08
​Nemət Pənahlı və bacısı oğlu sərbəst buraxılıb - YENİLƏNİB

Bakı. 11 aprel. REPORT.AZ/ Polis Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onun bacısı oğlu Əbülfəz Allahverdiyevə şifahi xəbərdarlıq etdikdən sonra onları sərbəst buraxıb.

Bu barədə "Report"a N.Pənahlı özü məlumat verib.

***

Bakı. 11 aprel. REPORT.AZ/ Polis Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onun bacısı oğlu Əbülfəz Allahverdiyevi saxlayıb.

"Report"un xəbərinə görə, buna səbəb N.Pənahlının Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında keçirilən aksiyaya etiraz etməsi olub.

Partiya sədri özünün də həmin binada yaşadığını əsas gətirərək, rahatlığının pozulduğunu bildirib və etiraz aksiyasının dayandırılmasını istəyib. Bununla da aksiya iştirakçıları ilə N.Pənahlı arasında mübahisə yaşanıb. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları onu və bacısı oğlu Ə.Allahverdiyevi saxlayıb.

Son xəbərlər

Orphus sistemi