Neftçi Sahib Şahmarovun nəşi Vətənə gətirilib

Neftçi Sahib Şahmarovun nəşi Vətənə gətirilib Onun meyiti aidiyyəti üzrə təhvil verilib
Hadisə
30 Yanvar , 2016 23:37
Neftçi Sahib Şahmarovun nəşi Vətənə gətirilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçi Sahib Güloğlan oğlu Şahmarovun meyiti tapılıb.

“Report” xəbər verir ki, bu gün cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi gecə saatlarında geri qayıdıb.

Neftçi Sahib Güloğlan oğlu Şahmarovun nəşi Vətənə gətirilib və aidiyyəti üzrə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi