Neftçalada şagird məktəbdə oynayarkən qolu sınıb

Neftçalada şagird məktəbdə oynayarkən qolu sınıb Faktla bağlı araşdırma aparılır
Hadisə
14 Oktyabr , 2016 20:12
Neftçalada şagird məktəbdə oynayarkən qolu sınıb

Neftçala. 14 oktyabr. REPORT.AZ/ Neftçala rayonunda məktəblinin qolu sınıb. 

“Report”un Aran bürosu xəbər verir ki, Neftçala şəhəri, Yalçın Hacıyev küçəsi, ev 47-də yaşayan, 10 yaşlı Nurlan İlqar oğlu Abışov sağ qolunun sınması diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilkin tibbi yardım göstərilib və travmatologiya şöbəsində yerləşdirilib.

İlki məlumata görə, Nurlan Abışov məktəbdə oynayarkən ehtiyatsızlıqdan yığılıb və qolu sınıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi