Neftçalada naməlum avtomobil piyada qadını vurub

Neftçalada naməlum avtomobil piyada qadını vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
12 Sentyabr , 2016 11:32
Neftçalada naməlum avtomobil piyada qadını vurub

Neftçala.12 sentyabr.REPORT.AZ/ Neftçala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, ötən gün axşam saatlarında Neftçala şəhəri, Heydər Əliyev prospekti, bina 7, mənzil 1 ünvanında yaşayan, 61 yaşlı Almaz Cahangir qızı Feyzullayeva yolda gedərkən naməlum avtomobil onu vurub.

A.Feyzullayeva aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən ilk tibbi yardım göstərildikdən sonra yaralı travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi