​Neftçalada motosikletçi 2 piyadanı vurub, onlardan biri ölüb

​Neftçalada motosikletçi 2 piyadanı vurub, onlardan biri ölüb Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
4 Mart , 2016 18:48
​Neftçalada motosikletçi 2 piyadanı vurub, onlardan biri ölüb

Bakı. 4 mart. REPORT.AZ/ Neftçalada baş verən qəzada 1 nəfər ölüb, 1 nəfər yaralanıb. "Report" xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində rayonun Xolqaraqaşlı kəndində baş verib. Həmin kəndin sakini, 33 yaşlı Şahpələng Adil oğlu Muradov idarə etdiyi motosikletlə yolda gedən həmkəndliləri - 48 yaşlı Yeganə Əzizağa qızı Təhməzova və 46 yaşlı Güldəstə Ədalət qızı Zeynalovanı vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, yaralılardan biri, Yeganə Təhməzovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi