​Neftçalada ər arvadını döyərək ağır xəsarətlər yetirib

​Neftçalada ər arvadını döyərək ağır xəsarətlər yetirib Xəstənin vəziyyəti orta ağır olaraq qalır
Hadisə
9 Sentyabr , 2015 09:08
​Neftçalada ər arvadını döyərək ağır xəsarətlər yetirib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Neftçala rayonunun Qaçaqkənd kəndində ər arvadını döyərək ağır xəsarətlər yetirib. "Report" xəbər verir ki, həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Aytən İltifat qızı Səfərova ailə münaqişəsi zəminində əri tərəfindən döyülərək müxtəlif dərəcəli xəsarətlər alıb. Yaxınları tərəfindən Aytən Səfərova dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Kəllə-beyin tramvası və beyin silkələnməsi diaqnozu ilə o, travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti orta ağır olaraq qalır.

Son xəbərlər

Orphus sistemi