Neftçalada baş verən yol qəzasında ər-arvad xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Xolqaraqaşlı kəndində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə minik maşını yolun kənarındakı kollektora düşüb.
Qəza nəticəsində rayon sakinləri - 1988-ci il təvəllüdlü Haqverdiyev Tural Eldar oğlu və həyat yoldaşı Haqverdiyeva Leyla Əbülfəz qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatıdırlıblar.
Fakt araşdırılır.