Neftçala sakini intihar edib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qoltuq yaşayış massivində qeydə alınıb.
Belə ki, həmin massivin sakini 1994-cü il təvəllüdlü Bağırov Əli Elmar oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.