Bakı. 8 mart. REPORT. AZ / Neftçalada intihar hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Mayak-2-də qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 11 yaşlı Xədicə Rüstəm qızı Kazımova damdan özünü asaraq intihar edib. Azyaşlı qızın hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.
Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.