Bakı.1 sentyabr. REPORT.AZ/ Neftçala rayonunda boğulma hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə rayon ərazisində yerləşən, "Qobu" adlandırılan su kanalında qeydə alınıb.
Belə ki, avqustun 31-də Neftçala rayon sakini Ayxan Sadiqov su kanalında çimərkən boğulub. Dalğıc-xilasedicilər tərəfindən meyit sudan çıxarılaraq adiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Neftçala sakini su kanalında çimərkən boğulub
Hadisə
1 Sentyabr , 2016
14:29
https://static.report.az/photo/143502d7-5d36-4725-80f6-b667dd845d7c.jpg
Rus versiyası
Житель Нефтчалы утонул в водоканале