Nazirlik: "Telemexanika" zavodunda xəsarət alan 6 nəfər hazırda həkim nəzarəti altındadır

Nazirlik: "Telemexanika" zavodunda xəsarət alan 6 nəfər hazırda həkim nəzarəti altındadır "Bəzi informasiya agentlikləri xəsarət alanların səhhəti ilə bağlı ictimaiyyətə yanlış informasiyalar çatdırırlar və bu təəssüf doğurur"
Hadisə
7 İyul , 2015 17:40
Nazirlik: Telemexanika zavodunda xəsarət alan 6 nəfər hazırda həkim nəzarəti altındadır

Bakı. 7 iyul. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyi iyulun 6-da "Telemexanika" zavodunun sexlərinin birində baş verən qəzada xəsarət alanların səhhəti ilə bağlı məsələyə aydınlıq gətirib. 

Nazirlikdən "Report"a bildirilib ki, hadisə ilə bağlı rəsmi məlumat verilməsinə baxmayaraq, bəzi informasiya agentlikləri hadisə nəticəsində xəsarət alanların səhhəti ilə bağlı ictimaiyyətə yanlış informasiyalar çatdırırlar: "Bu da təəssüf doğurur. Müdafiə Sənayesi Nazirliyi bir daha bildirir ki, hadisə zamanı xəsarət alan altı nəfər hazırda həkim nəzarəti altındadır".

Son xəbərlər

Orphus sistemi