Naxçıvan sakini avtomobillə qəza törədib, bir nəfər ölüb

Naxçıvan sakini avtomobillə qəza törədib, bir nəfər ölüb Hadisə Şahbuz rayonunun Daylaqlı kəndində baş verib
Hadisə
24 İyul , 2015 13:27
Naxçıvan sakini avtomobillə qəza törədib, bir nəfər ölüb

Bakı. 24 iyul. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının (MR) Şahbuz rayonunda yol qəzası baş verib. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, rayonun Daylaqlı kəndində Naxçıvan şəhər sakini Məhərrəm Əliyev idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən kənd sakini Ramin Novruzovu vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi