Naxçıvanda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb

Naxçıvanda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb Naxçıvan şəhərində baş verən qəzada xəsarət alan qadın xəstəxanada ölüb.
Hadisə
17 Aprel , 2024 13:51
Naxçıvanda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb

Naxçıvan şəhərində baş verən avtoqəzada xəsarət alan qadın xəstəxanada ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, 3 gün öncə yolu keçən Naxçıvan şəhər sakini, 1956-cı il təvəllüdlü Babayeva Hədiyyəbanu Baba qızını avtomobil vurub.

Şəhərin Nağı Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin birləşməsində qeydə alınan hadisədən sonra zərərçəkən Naxçıvan Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

68 yaşlı qadın aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi