Naxçıvan sakini Bakıda intihar edib

Naxçıvan sakini Bakıda intihar edib Azər Məmmədov özünü evin tavanından elektrik naqili ilə asıb
Hadisə
8 İyul , 2016 12:06
Naxçıvan sakini Bakıda intihar edib

Bakı. 8 iyul. REPORT.AZ/ Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə rayonun Maştağa qəsəbəsinin “Savalan” yeni yaşayış massivində qeydə alınıb.

Orada yaşayan 1995-ci il təvəllüdlü Azər Məmmədov özünü evin tavanından elektrik naqili ilə asaraq intihar edib.

O, Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şıxmahmud kəndində qeydiyyatda olub. 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi