Natiq Cəfərlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb

Natiq Cəfərlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb Vəsatət təmin edilməyib
Hadisə
6 Sentyabr , 2016 16:58
Natiq Cəfərlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bu gün Nəsimi rayon Məhkəməsində "Real" hərakatının icra katibi olan Natiq Cəfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətə baxılıb.

Bu barədə "Report"a vəkil Cavad Cavadov məlumat verib.

O bildirib ki, müdafiə tərəfinin verdiyi vəsatət təmin edilməyib.

Qeyd edək ki, Natiq Cəfərli avqustun 12-də Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə aparılıb. Daha sonra Nəsimi rayon Məhkəməsində N. Cəfərli barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi