​Natiq Cəfərli apellyasiya şikayəti verib

​Natiq Cəfərli apellyasiya şikayəti verib Ərizə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib
Hadisə
15 Avqust , 2016 10:07
​Natiq Cəfərli apellyasiya şikayəti verib

Bakı. 15 avqust. REPORT.AZ/ Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində olan həbs qətimkan tədbirindən apellyasiya şikayəti verib.

Bu barədə "Report"a vəkil Cavad Cavadov bildirib.

Vəkilin sözlərinə görə, bu gün apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə təqdim edib.

Qeyd edək ki, N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N.Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirli bilinir.

Son xəbərlər

Orphus sistemi