Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən qadına hökm oxunub

Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən qadına hökm oxunub Məhkəmənin hökmü ilə Mehriban Hüseynova 6 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
22 Sentyabr , 2016 12:52
Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən qadına hökm oxunub

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Hüseynova 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü M.Hüseynova Gəncədən Bakıya gələrkən polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində baxış aparılarkən 3 kilodan çox marixuana aşkarlanıb.

M.Hüseynova Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi