​Narkotikdə təqsirləndirilən iki gənc apellyasiya şikayəti verib

​Narkotikdə təqsirləndirilən iki gənc apellyasiya şikayəti verib Həmin şəxslər Bakı İstintaq Təcridxanasına göndərilib
Hadisə
13 May , 2016 17:11
​Narkotikdə təqsirləndirilən iki gənc apellyasiya şikayəti verib

Bakı. 13 may. REPORT.AZ/ Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılan Bayram Məmmədov və Qiyas İbrahimov bu gün Bakı İstintaq Təcridxanasına aparılıb.

Bu barədə "Report"a vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verdiyini də deyib. Şikayətə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Q.İbrahimov və NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunublar. Rəsmi məlumata görə, onların üzərindən və evlərindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb.

Ötən gün Xətai Rayon Məhkəməsində hər iki şəxs barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi