​Narkotik vasitələrinin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxs apellyasiya şikayəti verib

​Narkotik vasitələrinin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxs apellyasiya şikayəti verib İşə hakim Rizvan Səfərovun sədrliyi ilə baxılacaq
Hadisə
30 İyul , 2016 16:12
​Narkotik vasitələrinin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxs apellyasiya şikayəti verib

Bakı. 30 iyul. REPORT.AZ/ Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Əmir Dəmirov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqustun 3-nə təyin edilib.

İşə hakim Rizvan Səfərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ötən il metronun "20 Yanvar" stansiyası yaxınlığında Ə.Dəmirov və Əli Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb. Onların üzərində aparılan axtarış zamanı 2.826 qram qurudulmamış marixuana aşkarlanıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.

Bu il aprel ayının 18-də Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Ə.Dəmirov 7 il, Ə.Zeynalov isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ə.Dəmirov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi