​Narkotik vasitələri satmaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

​Narkotik vasitələri satmaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası oktyabrın 12-nə təyin edilib
Hadisə
8 Oktyabr , 2015 16:59
​Narkotik vasitələri satmaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirləndirilən Famil Əliyev və Həsən Zeynalovun cinayət işi üzrə məhkəməsi başlayıb.

“Report”un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, F.Əliyev və H.Zeynalov Azərbaycan Respublikası CM-nin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi