Azərbaycana narkotik maddənin gətirilməsinin qarşısı alınıb

Azərbaycana narkotik maddənin gətirilməsinin qarşısı alınıb Sərhəd pozucusu qaçmağa müvəffəq olub
Hadisə
13 May , 2015 09:36
Azərbaycana narkotik maddənin gətirilməsinin qarşısı alınıb

Bakı.13 may. REPORT.AZ/ Azərbaycan Dövlət Sərhəd Xidməti ölkəyə narkotik maddənin gətirilməsinin qarşısını alıb. Xidmətin mətbuat mərkəzindən "Report"a verilən məlumata görə, Dövlət Sərhəd Xidməti əməkdaşlarının Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 15­ kq narkotik vasitə olan həşiş qətranı aşkarlanaraq götürülüb. Sərhəd pozucusu dövlət sərhəd xəttinin bilavasitə yaxınlığında olmasından istifadə edərək geriyə qaçmağa müvəffəq olub.

Qeyd olunan faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206-cı (qaçaq­malçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanılıb. 

Cinayət işi üzrə digər iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə zəruri əməliyyat istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi