​Narkotik satmaqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

​Narkotik satmaqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası iyunun 14-nə təyin edilib
Hadisə
2 İyun , 2016 14:21
​Narkotik satmaqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 2 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Pərviz Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 14-nə təyin edilib.

Qeyd edək ki, Saray qəsəbə sakini P.Əliyev ötən il Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlayıb. Polisin sərxoş sandığı şəxsin narkotik maddənin təsiri altında olduğu müəyyənləşdirilib. Onun üzərinə baxış keçirilərkən cibindən şəxsi istehlak miqdarından artıq qurudulmuş marixuana aşkarlanıb. P.Əliyev polis bölməsinə gətirilib. O, narkotik vasitəni tanımadığı adamdan aldığını bildirib.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

Bu il aprel ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə P.Əliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi