​Narkotik satmaqda təqsirləndirilən şəxsin cəzası azaldılıb

​Narkotik satmaqda təqsirləndirilən şəxsin cəzası azaldılıb Onun cəzası 8 ildən 6 il müddətinə endirilib
Hadisə
26 Aprel , 2016 08:57
​Narkotik satmaqda təqsirləndirilən şəxsin cəzası azaldılıb

Bakı. 26 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Əli Quliyev barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Belə ki, Ə.Quliyevin cəzası 2 il azaldılaraq, 8 ildən 6 il müddətinə endirilib.

Qeyd edək ki, 2015-ci ildə polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Quliyev saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsində) maddəsi ilə ittiham olunub.

2016-cı il yanvar ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi