​Narkotik satmaqda təqsirləndirilən şəxsə hökm oxunub

​Narkotik satmaqda təqsirləndirilən şəxsə hökm oxunub O, 8 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
27 Yanvar , 2016 14:06
​Narkotik satmaqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 27 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Əli Quliyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2015-ci ildə polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Quliyev saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsində) ittiham olunub.

Son xəbərlər

Orphus sistemi