​Narkotik satmaqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

​Narkotik satmaqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
26 Fevral , 2016 16:43
​Narkotik satmaqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 26 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Namiq Əmircanovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü iıə N.Əmircanova bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, N.Əmircanov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi